İran səfiri Azərbaycanın sərhədi tam bərpa etməsindən yazdı


17:04     23 Oktyabr 2020 2020/10/Iran--1603453432_1603458911.jpg


"Azərbaycanla İran arasındakı təqribən 760 km-lik ümumi sərhəd pis niyyətli insanların iştirakı və müdaxiləsi olmadan həmişəlik iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq".

Femida.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” hesabında yazıb.

Səfir qeyd edib ki, iranlılar müsəlman qardaş və bacılarının xoşbəxtliyinə sevinirlər.

Xatırladaq ki, ötən gün Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə Azərbaycan və İran arasında dövlət sərhədi tam bərpa olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 550