Ermənistan tərəfindən mülki şəxslərə qarşı törədilmiş cinayətlərin statistikası
17:43 23 Oktyabr 2020
Baş Prokurorluq 27 sentyabr 2020-ci il tarixindən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində mülki şəxslərə qarşı törədilmiş cinayətlərin statistikasına dair məlumat yayıb.
Femida.az
xəbər verir ki, 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olmuş, 139 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Goranboy üzrə 7 nəfər həlak olmuş, 10 nəfər yaralanıb.
27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub.
Tərtər üzrə 16 nəfər həlak olmuş, 50 nəfər yaralanıb.
Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.
Bərdə üzrə 2 nəfər həlak olmuş, 12 nəfər yaralanıb.
Beyləqan üzrə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanıb.
Ağcabədi üzrə 1 nəfər həlak olmuş, 19 nəfər yaralanıb.
Füzuli üzrə 3 nəfər həlak olmuş, 17 nəfər yaralanıb.
Ağdam üzrə 7 nəfər həlak olmuş, 40 nəfər yaralanıb.
Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.
Mingəçevir üzrə 5 nəfər yaralanıb.
Daşkəsən üzrə 1 nəfər yaralanıb.
Cəbrayıl üzrə 1 nəfər yaralanıb.
Xocalı üzrə 1 nəfər yaralanıb.
Qəbələ üzrə 1 nəfər yaralanıb.
Ümumilikdə 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olmuş, 298 nəfər yaralanıb.
Oxunub: 455
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"