Idmançımız bürünc medal qazandı, əsgər salamı verdi


21:22     23 Oktyabr 2020 2020/10/868c4100-9469-312f-b3ce-4678881aab8c_1603473838.png

Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.

Femida.az -ın məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Özbəkistan təmsilçisi Sardor Nurillayevlə üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan Səfərov bürünc medal qazanıb. Cüdoçu qələbənin ardından əsgər salamı verib.

Qeyd edək ki, Böyük Dəbilqəyə oktyabrın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur.

Açar sözlər:

Oxunub: 266