Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirib
09:12 24 Oktyabr 2020
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin onlayn formatda keçirilən toplantısında iştirak edib. Femida.az bildirir ki, bu barədə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
H.Akarın sözlərinə görə, iclasda Azərbaycanla Ermənistan arasında baş verən hadisələrin müzakirəsi də olub.
“Biz sülh və sabitliyin təmin edilməsi üçün nə etmək lazım olması barədə öz fikirlərimizi səsləndirməyə imkan tapdıq. Bizim tutduğumuz əsas mövqe – Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi üçün əsas şərt Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasıdır. Danışıqlar zamanı biz buna toxunurduq”, - nazir qeyd edib.
O, həmçinin əlavə edib ki, iclas zamanı dəfələrlə təkrar edib ki, onun ölkəsi Azərbaycan türklərinin mövqeyini birmənalı şəkildə dəstəkləyir.
Femida.az
Oxunub: 448
Oxşar xəbərlər
- Hulusi Akar Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib
- Hulusi Akar NATO müdafiə nazirlərini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Hulusi Akar Azərbaycana satılan silahlardan danışıb
- Hulusi Akar Yunanıstana xəbərdarlıq edib
- Hulusi Akarla Sergey Şoyqu arasında telefon danışğı olub
- Hulusi Akar azərbaycanlı şəhiddən danışarkən kövrəldi - VİDEO
- Hulusi Akar Azərbaycan sülhməramlılarına təşəkkür edib
- Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə açıqlama verib
- Hulusi Kılıç İlham Əliyevin “CNN Türk”ə müsahibəsini dəyərləndirdi
- Hulusi Akar Türkiyə-İran sərhədinə gedib