“Sənin üzərinə bir gündə min PUA gəlirsə, problemdir” - Hovhannisyan


16:22     24 Oktyabr 2020 20_10_24_1603543626.jpg


“Çoxlu sayda, müxtəlif istiqamətlərdə, müxtəlif eşelonda, müxtəlif ölçüdə və 1000-ə qədər çatan pilotsuz uçuş aparatlarının vurulması problemdir və bu, təkcə erməni ordusu üçün problem deyil”.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan deyib.

Hovhannisyan qeyd edib ki, daha güclü texnika da var, məsələn S-300 daha güclüdür və HHM sistemlərindən hər biri hava sərhədlərini toxunulmaz hala gətirməyə düşünülüb.

“Lakin məlum olur ki, bu qədər sayda PUA-lara qarşı mübarizə aparmaq problemdir, biz dörd-beş komponent hava hücumundan müdafiə bölməsinə sahibik, amma bu, bir çox ölkələr üçün problemdir. Hava hücumu doktrinalarında yazılıb ki, ilk dalğada HHM-i sıradan çıxarmaq lazımdır, indi sənin üzərinə bir gündə müxtəlif istiqamətdə və eşelonlarda minə çatan PUA gəlirsə, çətindir. Mən bunu deyirəm, PUA-lar çətin aşkar olunur, bütün ölkələrdə bunun probleminə sahibdirlər”, - deyə o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 360


Oxşar xəbərlər