Mnatsakanyan efirdə çıxılmaz vəziyyətə düşdü


17:22     24 Oktyabr 2020 2020/10/mnats-1603542080_1603545813.jpg


Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra oktyabrın 23-də CNN-ə müsahibə verib.

Femida.az-ın məlumatına görə, humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistanın XİN rəhbəri müsahibə zamanı ölkəsinin təcavüzünə bəraət qazandırmaq üçün hər cür bəhanələr tapmağa cəhd edib.

Lakin jurnalist Kristin Amanpur bir neçə dəfə Mnatsakanyana BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb. O, eyni zamanda, BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını, Dağlıq Qarabağ və bitişik ərazilərin azərbaycanın ayrılmaz hissəsi olduğunu və Azərbaycan əhalisinin öz evlərinə qayıtmaq hüququnu təsdiqləyən 2008-ci ildə qəbul etdiyi qətnaməni yada salıb.

Aparıcının bu sözləri Zöhrab Mnatsakanyanı çaş-baş salıb. Amanpur ona Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” kimi millətçi və təxribat xarakterli açıqlamalarını xatırlatdıqda, Mnatsakanyan daha da çətin vəziyyətə düşüb.

“Bu, Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi üçün bir şərt deyilmi?”, - deyə aparıcı erməni nazirdən soruşub.

Mnatsakanyanın sözlərinə görə, bu cür açıqlamaları verməklə Paşinyan yalnız "Dağlıq Qarabağdakı soydaşların təhlükəsizliyində Ermənistanın rolunu" düşünürdü.

Mnatsakanyan absurd cavablar verməklə vəziyyətdən çıxmağa çalışsa da, alınmayıb və o, özünü Paşinyan kimi özünü gülünc vəziyyətə salıb.

Femida.az

Açar sözlər:

Oxunub: 325