Erməni təxribatı nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb


17:25     24 Oktyabr 2020 20_10_24_1603546094.jpg


Erməni təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.

Bundan başqa, 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb.



Femida.az

Açar sözlər:

Oxunub: 513