ABŞ-da Qarabağa dəstək aksiyası
20:26 24 Oktyabr 2020
ABŞ-ın Yuta Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Salt Lake şəhərində Ermənistanın işğalçı və təcavüzkar siyasətinə etiraz olaraq avtoyürüş və Qarabağa dəstək aksiyası təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər.
Avtoyürüşdən sonra Yutanın Kapitol binası qarşısında keçirilən tədbirdə azərbaycanlılarla yanaşı, türk, iraq, ərəb, özbək icmasının nümayəndələri iştirak edib. Tədbirdə aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni yalanlarına son qoyun!, “Gəncə üçün ədalət!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxslər toxunulmazdır!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Biz terrora yox deyirik” kimi şüarlar səsləndiriblər.
Tədbirdə çıxış edən Yuta Dövlət Universitetinin professoru Chuck Tripp işğal altında olan torpaqlarının azad edilməsi uğrunda Azərbaycanın apardığı haqlı mübarizəsində dəstəklədiyini bildirib.
Oxunub: 693
Oxşar xəbərlər
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb
- ABŞ-da kilsəyə silahlı hücum zamanı ölənlərin sayı artıb
- ABŞ-da festivalda atışma olub, ölən və yaralananlar var
- ABŞ-da yaşayan tanınmış azərbaycanlı alim vəfat edib
- ABŞ-da atışma nəticəsində 6 nəfər ölüb
- ABŞ-da Ukraynaya müasir HHM sistemlərinin tədarükü müzakirə edilir
- ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var
- ABŞ-da vaksinasiyadan imtina etdiyi üçün 27 hərbçi qovulub