ABŞ-ın Azərbaycandakı Səfirliyi vətəndaşlarına təhlükə barədə xəbərdarlıq edib
22:06 24 Oktyabr 2020
ABŞ-ın Azərbaycandakı Səfirliyi, “Abşeron J.W. Marriott” kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.
Femida.az səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.
Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:
- Ehtiyatlı və sayıq olun.
- Kütlənin çox olduğu yerlərdən yayının.
- Öz profilinizi büruzə verməyin.
- Ətrafınızdan xəbərdar olun.
- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.
- Yerli medianı diqqətdə saxlayın.
səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Oxunub: 578
Oxşar xəbərlər
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- ABŞ-ın döyüş təyyarəsi qəzaya uğrayıb, ölən var
- ABŞ-ın Yuta ştatı Azərbaycana dair bəyannamə qəbul edib
- ABŞ-ın dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
- ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub
- ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
- ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib
- ABŞ-ın lizinq şirkəti Rusiyada qalan 27 təyyarəni hesabdan siləcək
- ABŞ-ın İraqdakı bazasına raket hücumu olub
- ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib