Bakıda gənci avtomobil vuraraq öldürüb


23:21     24 Oktyabr 2020 2020/10/1603566858133_w4y8KT3x_1603567331.jpeg

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.azxəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

2002-ci il təvəllüdlü Məmməd Vəlişov yolu keçərkən onu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayonu Polis İdarəsində cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 582