Müdafiə Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət etdi
10:04 25 Oktyabr 2020
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi vətəndaşlara sosial şəbəkələrdə hərbi sirrləri paylaşmamaqla bağlı növbəti dəfə müraciət edib.
Femida.az xəbər verir ki, nazirlik “Hər sirri paylaşma”, "Düşmən hər şeyi görür", "Çəkmə, paylaşma", "Hərbi sirri paylaşma, sakit dur" çağırışları ilə vətəndaşlardan ayıq-sayıq olmağı xahiş edib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə düşmənə hərbi sirrin ötürülməsi üçün fakt ola biləcək bir sıra fotolar, videogörüntülər paylaşılır. Bəzi istifadəçilər hərbi texnikanın, cəbhəyanı ərazilərin, hərbi qulluqçuların foto və videogörüntülərini paylaşırlar.
Femida.az
Oxunub: 441
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
- Baş Qərargah: “Ukrayna Xarkov istiqamətində Rusiyanın müdafiəsini yarmağa çalışır”
- Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edilib