İlham Əliyev: "Trampın münaqişə ilə bağlı işləri beynəlxalq münasibətlərə tam uyğundur"
10:52 25 Oktyabr 2020
ABŞ rəhbəri Donald Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğun gəlir.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib.
"Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik", - deyə dövlət başçısı qeyd edib.
"Biz görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir", - deyə Azərbaycan Prezidenti bildirib.
Femida.az
Oxunub: 590
Oxşar xəbərlər
- Tramp: “ABŞ-ın Əfqanıstanda qoyduğu helikopterləri Rusiya və Çin götürüb"
- Tramp Baydeni Əfqanıstanda iflasa görə üzr istəməyə çağırıb
- Vəkillər Trampın impiçmentlə iş üzrə komandasını tərk ediblər
- Tramp yeni partiya qurmağa hazırlaşır?
- Trampın sonuncu fərmanı: Keçmiş məmurlar əfv olundu
- Tramp vida çıxışı etdi
- “YouTube” Trampın hesabını dondurdu
- Donald Trampa qarşı cinayət işi açıla bilər
- Tramp Baydeni "feyk prezident" adlandırdı
- Trampın müşaviri istefaya getdi