Ermənistanda bir gündə koronavirusdan rekord sayda ölüm qeydə alındı


11:15     25 Oktyabr 2020 20_10_25_1603612825.jpg


Ermənistanda daha 2 314 nəfərdə koronavirus aşkarlanıb.

Femida.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 77 837-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 23 nəfər artaraq 1 180-ə çatıb. İndiyədək 50 908 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 25 412 aktiv koronavirus xəstəsi var.

Femida.az

Açar sözlər: #Ermənistan   #koronavirus  

Oxunub: 409