Baş Prokurorluqdan sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə XƏBƏRDARLIQ


11:23     25 Oktyabr 2020 20_10_25_1603612867.jpg


Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.

Qurumun Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır.

Qeyd olunub ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı təhlükəsinə səbəb olmaqdır.

Baş Prokurorluq nəzərə çatdırıb ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.



Femida.az

Açar sözlər: #BaşProkurorluq   #sosialşəbəkə   #KİV   #xəbərdarlıq  

Oxunub: 690