“Bayrağımız bütün torpaqlarımızda dalğalanacaq” - Azərbaycan hərbçiləri ruh yüksəkliyində
12:16 25 Oktyabr 2020
Rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda qəhrəmancasına döyüşür, düşmənə sarsıdıcı zərbələr vurur. Əsgər və zabitlərimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etməkdən və Vətən uğrunda döyüşlərdə düşmənə ağır zərbələr vurmaqdan sonsuz iftixar hissi keçirirlər.
Azvision.az -ın Müdafiə Nazirliyinə istinadla təqdim etdiyi növbəti videoda Azərbaycan Ordusunun zabiti hərbçilərimizin döyüş ruhunun və qələbə əzminin yüksək səviyyədə olmasını məhz bu sözlərlə ifadə edib.
İgid zabitimiz bildirib ki, Müzəffər Ali Baş Komandamızın vurğuladığı kimi, üçrəngli bayrağımız işğal olunmuş bütün torpaqlarımızda, şəhər və kəndlərimizdə dalğalanacaq. Yaşasın, Azərbaycan Ordusu! Yaşasın, Müzəffər Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!
Oxunub: 505
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək