Azərbaycanda sosial sahibkarların forumu keçiriləcək
15:19 25 Oktyabr 2020
Təhsil və sosial sahibkarlıq sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə oktyabrın 28-də Azərbaycanda ilk dəfə sosial sahibkarların beynəlxalq forumu (onlayn) keçiriləcək.
Femida.az xəbər verir ki, tədbirin məqsədi sosial sahibkarlığın innovativ vasitə olduğunun diqqətə çatdırması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.
Onlayn tədbirdə iştirakçılar Azərbaycan, Almaniya, ABŞ, Bosniya və Herseqovina, Ukrayna, Gürcüstan və s. ölkələrin sosial sahibkarlıq təcrübəsi, bu sahədə qanunvericilik ilə tanış olacaq, həmin ölkələrdən olan sosial sahibkarların uğur hekayələrini dinləyəcəklər. Eyni zamanda, forumda davamlı inkişaf üçün sektorlararası əməkdaşlıq imkanları müzakirə olunacaq.
Tədbir gənclər arasında sosial dəyər və sosial sahibkarlıq düşüncə tərzinin formalaşmasına, onların öz sosial bizneslərinin yaradılmasına və yeni innovativ həllər gətirməsinə dəstək olacaq.
Forumun texniki dəstəkçisi Avropa İttifaqının Mülki Təsisat proqramıdır.
Femida.az
Oxunub: 531
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib