İranda bir gündə rekord sayda insanda COVID-19 aşkarlanıb


15:57     25 Oktyabr 2020 2020/10/iran_coronavirus_220220_1603627200.jpg

İranda daha 296 nəfər koronavirusun qurbanı olub.


Femida.az IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda, ümumilikdə, 32 616 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada rekord sayda - 6 191 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 568 896-ya yüksəlib.

Məlumatda həmçinin 4 969 nəfərin ağır vəziyyətdə olduğu, 455 054 nəfərin isə sağaldığı vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 421