"Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir" - Ombudsman
21:10 25 Oktyabr 2020
"Bu, tamamilə qəbuledilməzdir. Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir".
Femida.azxəbər verir ki, bu fikirlər Ombudsman Aparatının açıqlamasında deyilir.
Bildirilir ki, Azərbaycan torpaqlarının işğalına son qoymaq, ordusunu Azərbaycandan çıxarmaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir və beynəlxalq humanitar hüququn prinsiplərini pozur:
"Belə ki, Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunması qadağandır".
Oxunub: 1310
Oxşar xəbərlər
- Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Rusiyaya səfər edəcək
- Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək
- Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib
- Beynəlxalq Qırmızı Xaç Komitəsinə yeni rəhbər seçilib
- Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada tutuldu
- Beynəlxalq Kitab Sərgisində Ermənistanın cinayətləri nümayiş etdirilir
- Beynəlxalq Bank “Şərurlu İsfəndiyar” və keçmiş deputatın oğlunu məhkəməyə verdi
- Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana gəlib
- Beynəlxalq hüquq yalnız hərbi yolla bərpa edilə bilərdi
- Beynəlxalq qurumlara Bərdə terroru barədə hesabat göndərildi