Ermənilər PKK terrorçularını Azərbaycan hərbi formaları ilə döyüşdürür


09:21     26 Oktyabr 2020 20_10_26_1603689560.jpg


Ermənistan Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Şuşa şəhərinə PKK terrorçularını gətirib.

Femida.az-ın məlumatına görə, bu barədə “Anadolu” agentliyinə kəşfiyyat mənbələrindən xəbər verilib.

Qeyd olunub ki, PKK terrorçuları Azərbaycan hərbi qulluqçularının hərbi geyim forması geyinib. Öldürülən terrorçular isə Azərbaycan tərəfindən Suriyadan gətirilən muzdlular kimi təqdim ediləcək.

Qeyd edək ki, əsir götürülən erməni hərbçi Mikayelyan Albert Yervandi müsahibəsində bildirib ki, Qarabağa kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər gətirilib. Muzdlular hər ay 600 ABŞ dolları alırlar.

Femida.az

Açar sözlər: #Şuşa   #PKK   #erməni   #Qarabağ  

Oxunub: 548