Mehriban Əliyevadan Qubadlı ilə bağlı paylaşım


10:40     26 Oktyabr 2020 2020/10/mehriban_aliyeva_1603694492.jpg

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "İnstagram" hesabında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətilə bağlı paylaşım edilib.

Femida.az -ın məlumatına görə, paylaşımda deyilir:

"Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Femida.az

Açar sözlər: #MehribanƏliyeva   #Qubadlı   #paylaşım   #Qarabağ  

Oxunub: 515