Ermənilərin öldürdüyü və yaraladığı mülki şəxslər - Son statistika


10:53     26 Oktyabr 2020 20_10_26_1603696388.jpg


4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq olub. 297 nəfər yaralanıb, onlardan 69 qadın, 32 uşaq olub.

Femida.az

Açar sözlər:

Oxunub: 396