Sürücü avtomobildə sıxılmış vəziyyətdə qaldı


14:36     25 May 2015 a67727f8-3fd9-4184-bdd2-d1d6aa87c5d5.jpg

Bakının Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq beton sədlərə çırpılıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobildə olan bir nəfər sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Açar sözlər:

Oxunub: 772