“Azərişıq” azad edilmiş ərazilərdə yeni güc mərkəzləri quracaq
11:45 26 Oktyabr 2020
“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir.
Bu barədə Femida.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
“Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi Qarabağ bölgəsində bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülür.
Hal-hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhə boyu bölgələrdə düşmənin mülki obyektləri hədəfə alması nəticəsində baş verən qəzaların aradan qaldırılması və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarə etmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, ÖİN naqillərdən istifadə etməklə 35 və 0,4 kV-luq elektrik verişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verib.
Əminik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün lazım olan bütün imkanlardan istifadə etməklə “Azərişıq” ASC bu işin də öhdəsindən layiqincə gələcək”, - açıqlamada qeyd edilib.
Femida.az
Oxunub: 481
Oxşar xəbərlər
- “Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb
- “Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açılıb
- “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub
- “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
- “Azərişıq” ASC-nin sabiq əməkdaşı həbs edilib
- “Azərişıq” ASC-nin əməkdaşlarını güllələyən şəxsə ağır cəza verilib
- “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
- “Azərişıq” sahibkarlara müraciət edib
- “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
- “Azərişıq” əməkdaşı Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub