Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirilib


11:51     26 Oktyabr 2020 20_10_26_1603698760.jpg


Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilib.


İşğal olunmuş torpaqlamızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz Dmitri Solnsevlə vida mərasimi yaşadığı binanın önündə baş tutub.

Vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və sıravi insanlar iştirak edib. Şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib:

“Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".

Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi:

“Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi". (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 418