İlham Əliyev: "Məhz buna görə torpaqlarımız işğal altına düşə-düşə bizə sanksiyalar tətbiq edilmişdi"
12:35 26 Oktyabr 2020
“Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan haqqında dünyada elə də böyük təsəvvür yox idi”.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
“Ancaq bir çox ölkədə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada biliblər. Məhz buna görə torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdi və bu sanksiyalar bu günədək də qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib. Guya Azərbaycan Ermənistana qarşı təcavüz edir. Bu sanksiyalar bu günədək qüvvədədir, təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdi. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Bütün görülən işlər bu gün bizə köməklik göstərir. Artıq dünyada bu məsələ ilə bağlı da obyektiv fikir var, təsəvvür var”, - ölkə başçısı vurğulayıb.
Femida.az
Oxunub: 553
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM