"Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpaqlarımızdan" - Prezident


12:55     26 Oktyabr 2020 20_10_26_1603702660.jpg


“Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpaqlarımızdan. Dərhal rədd olsun!”.


Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Şuşada Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə 5-6 dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz haqqı-ədaləti müdafiə edirik. Biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, desinlər işğalçı dövlətə rədd olsun çıxsın. Yox? Axıra qədər gedəcəyik, sonacan gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq. Necə ki qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük”.

“Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Təkbaşına biz icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın! Ancaq nə görürük, orda görüş, burda görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu... Bütün bunların fəaliyyəti indi Ermənistanı xilas etməkdir. Aqressoru, təcavüzkarı, Xocalı soyqrımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budurmu, fəaliyyət? ”, - deyə Prezident əlavə edib.

Femida.az

Açar sözlər: #Prezident   #Qarabağ  

Oxunub: 416