Ermənilər Tərtərə top mərmiləri atıb, evlər dağılıb


13:31     26 Oktyabr 2020 2019/03/mermi-1551792731_1551793286.jpg

Ermənistan silahlı qüvvələri yenə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Femida.az xəər verir ki. bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Səhər saatlarından başlayaraq düşmən rayonun Qazyan kəndinə top mərmiləri ataraq dinc sakinləri hədəfə alıb. Nəticədə kənd sakinləri - Yasin Cəfərov və Fənər Balakişiyevanın evlərinə mərmilər düşüb və külli miqdarda ziyan dəyib.

Məlumata görə, sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Qazyan kəndi ərazisinə ümumilikdə 500-dən artıq top mərmisi düşüb. Nəticədə 5 ev tamamilə dağılıb, 120-dən çox evə ziyan dəyib.

Açar sözlər:

Oxunub: 214