Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb


13:35     26 Oktyabr 2020 2020/10/1603704079010_ciMoWpK9_1603704994.jpeg

Fransanın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Femida.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan XİN-in mətbuat xidməti məlumat yayıb.

XİN rəsmisi Fransa səfirinin çağırıldığını təsdiqləyib və bildirib ki, Pakistan hökuməti ifadə azadlığı libası altında sistemli olaraq islamofobiya kampaniyasını qınayır.

Femida.az

Açar sözlər:

Oxunub: 247