Koronavirus xəstəsi komendant postunda saxlanıldı
14:07 26 Oktyabr 2020
Oktyabrın 21-də saat 22 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki komendant postunda qəsəbə sakini O.Axundovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.
DİN mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, araşdırma nəticəsində O.Axundovun aktiv koronavirus xəstəsi olması müəyyən edilib. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılaraq, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılıb. Ona digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilməklə, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilib.
Onun hərəkətlərində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimi qaydalarının pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 331
Oxşar xəbərlər
- Koronavirusun insan beyninə təsiri məlum olub
- Koronavirusa görə bağlanan daha bir məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa yoluxduğuna görə işə gedə bilməyən şəxslərin maaşı necə ödənilməlidir?
- Koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub
- Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər
- Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
- Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub
- Koronavirus xəstəsi çörək sexində aşkarlanıb
- Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb