7 nəfərin məhkəməsi yekunlaşır


15:05     15 Dekabr 2015 agir%20cinayetler2.jpg

Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qrup şəklində cinayətdə təqsirli bilinən şəxslərin növbəti məhkəməsi keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hüquqları izah edildikdən sonra, təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.


Təqsirləndirilən şəxs Nicat Əsədovun vəkili çıxışında müdafiə etdiyi şəxsin qeyd olunan cinayətdə iştirakını sübut edəcək hər hansı faktın olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Həmçinin, vəkil qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi şəxs oğurluğa cəhddə ittiham olunur. Amma, onun oğurluğa cəhd etdiyini sübuta yetirəcək heç bir fakt yoxdur. Həmçinin, Nicat Əsədovdan şikayətçi olan şəxs də yoxdur. Bu işdə şahid kimi ifadə verən şəxslər də, bu oğlanı tanımadıqlarını və görmədiklərini qeyd ediblər.

Vəkil çıxışının növbəti hissəsində qeyd etdi ki, təqsirləndirilən şəxs ilkin izahatı zamanı fiziki təyziqlərə məruz qalıb.İfadəsini təyziq altında verib. Bundan əlavə digər təqsirləndirilən şəxslərlə üzləşmə zamanı məlum oldu ki, onlar heç biri Nicatı əvvəlcədən tanımayıb. Vəkil çıxışının sonunda Nicat Əsədovun təqsirinin sübuta yetirilmədiyini əsas gətirərək məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş etdi.

Daha sonra digər təqsirləndirilən şəxs Xanlar Kərimovun vəkili Aytən Əliyeva çıxış edib. O bildirib ki, müvəkkili ağır xəstədir. Vəkil həmçinin bu gənclərin işinin ağırlaşmasına müstəntiqin saxta ittihamla onlara maddələrin qoyulması ilə əlaqələndirib.Burada ifadə verən şəxslər də söylədilər ki, bir-birlərini tanımırlar. Ondan şikayətçi olan da yoxdur.

Vəkil çıxışını bu sözlərlə bitirdi: “ Məhkəmədən xahiş edirəm ki, şəxsin həyatını saxta ittihamla məhv edilməsinə imkan verməyəcəksiniz.”

Xatırladaq ki, hadisə 2015-ci ilin yanvarında Xəzər rayonunun Qala kəndində baş verib. Həbs olunanlar Hatəm Bağırov, Əsgər Əsgərov, Fariz Babayev, Xanlar Kərimov, Yəhya Məmmədli, Amin Məmmədli, Nicat Əsədov Azərbaycan Respublikası CM-nin 181.2.1 ( qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək)və 170.2 maddəsi (Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) ilə ittiham olunurlar.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1603