Azyaşlını vurub qaçan sürücü saxlanılıb


16:00     26 Oktyabr 2020 2019/11/hebs_yeni234_1574235740.jpg

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 25-də saat 15 radələrində Göygöl şəhəri ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Üçtəpə kənd sakini 13 yaşlı S.Cəfərov vurulub.

Dərhal xəstəxanaya çatdırılan S.Cəfərova ilkin tibbi yardım göstərilib.

Göygöl rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2121” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini A.Əliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 419