Düşmən kvadrokopteri məhv edilib


18:02     26 Oktyabr 2020 2020/10/1603635994122_3QkEHS2y_1603721022.jpeg

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib", - açıqlamada qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 496