Rəsmi Bakıdan İranın sərhədə hərbi texnika cəmləməsinə REAKSİYA


19:14     26 Oktyabr 2020 2020/10/xarici_1603723581.jpg

İran ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur və bu münasibətlər iki dövlətin imzaladığı müqavilələrdə təsbit olunub. Belə ki, 2002-ci ildə imzalanmış Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında müqaviləyə əsasən, iki dövlət arasında sərhədlər dostluq sərhədləri elan olunur və hər iki dövlətin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanır.

Bunu Trend-in sorğusuna cavab olaraq İranın Azərbaycan və Ermənistanla dövlət sərhədinə hərbi avadanlıqlar gətirməsi ilə bağlı məlumatı şərh edərkən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və İranla dövlət sərhədimizin tam nəzarətimizə götürülməsi ilə əlaqədar, sərhəd xəttinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzarətinə verilməsi ilə əlaqədar tərəfimizdən İran hökuməti məlumatlandırılıb:

"Azərbaycanla İran arasında sərhəd təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq mövcuddur. İnanırıq ki, bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərlə bağlı fəaliyyətə başlayan sərhəd məntəqələrində də qarşılıqlı etimad əsasında davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 349