Pakistanda erməni terrorunun fəsadlarını əks etdirən xüsusi güşə yaradılıb
19:58 26 Oktyabr 2020
Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı məqsədli şəkildə törədilmiş terrorizmi dünya ictimaiyyətinə çatdırmaq və bu terror nəticəsində ölkəmizin Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının İslamabaddakı Səfirliyinin binası önündə guşə yaradılıb.
Azərbaycanın Pakistandakı Səfirliyindən Femida.az
-a verilən məlumata görə, güşəni Pakistanın bir sıra rəsmi şəxsləri, bu ölkədə yerləşən diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar ziyarət edirlər.
Ziyarətçilər erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şuarların yer aldığı güşə ilə tanış olub, onun qarşısında şamlar yandırmaqla, eləcə də güllər və oyuncaqları qoyaraq qətlə yetirilənlərin xatirəsinə öz ehtiramlarını ifadə edirlər.
Səfirliyin binasının yerləşdiyi yolun kənarında quraşdırılmış böyük monitorda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilmiş çoxsaylı raket hücumlarının nəticələrini və fəsadlarını əks etdirən sənədli filmlər nümayiş etdirilir və məlumatlar çatdırılır.
Güşəyə baş çəkən ziyarətçilər, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyasının öhdəliklərini, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi vəhşilikləri pisləyərək Azərbaycanla həmrəyliyini və ölkəmizin özünü müdafiə hüququna dəstəyini ifadə edirlər.
Oxunub: 653
Oxşar xəbərlər
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Pakistanda musson yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb
- Pakistanda terror aktı olub, 10 hərbçi yaralanıb
- Pakistanda avtobus dərəyə aşıb, 19 nəfər ölüb
- Pakistanda partlayış olub, ölən və yaralananlar var
- Pakistanda terrorçular zərərsizləşdirilib
- Pakistanda terror aktı törədilib, ölənlər və yaralananlar var
- Pakistanda partlayış olub, 2 nəfər ölüb, 6 nəfər yaralanıb
- Pakistanda polisin radikallarla toqquşması nəticəsində 8 nəfər ölüb
- Pakistanda partlayış zamanı 4 hərbçi həlak olub, xəsarət alanlar var