Paşinyan erməni əsgərlərinin döyüş meydanından qaçdığını etiraf etdi


20:36     26 Oktyabr 2020 2020/10/9b09dd13-32fc-38ed-87c2-ce3cf8eb952e_850_1603730355.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə silahlı qüvvələrinin əsgərlərinin Qarabağda döyüş meydanından qaçdığını etiraf edib.

"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın hökumət başçısı feysbukda canlı yayımda bildirib.

"Əlbəttə, müharibədə plov paylamırlar, müharibə xaos yaradır. Lakin hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır və heç bir bəraət qəbul olunmur", - o deyib.

N.Paşinyan həmçinin vurğulayıb ki, bu, taleyüklü məqamdır və ermənilərin heç biri onlara kömək ediləcəyinə ümid bəsləməməlidir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığı və fərariliyini əks etdirən videogörüntülər yayılır.


Açar sözlər:

Oxunub: 452