Düşmənin qərargah rəisi məhv edildi - RƏSMİ
09:12 27 Oktyabr 2020
Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
Bu barədə Femida.az Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.
Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Femida.az
Oxunub: 613
Oxşar xəbərlər
- Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib
- Düşmənin atıb qaçdığı hərbi texnikalar və silah tapıldı
- Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - VİDEO
- Düşmənin bu gecə məhv edilən texnikaları - SİYAHI
- Düşmənin növbəti hərbi kolonu məhv edildi
- Düşmənin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub
- Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirilib - VİDEO
- Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir
- Düşmənin 41-ci artilleriya alayının batareyası DARMADAĞIN EDİLDİ
- Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdılıb - VİDEO