Tərtərə atılan “Smerç” raketi rayonun Buruc kəndinə düşüb - FOTO


09:51     27 Oktyabr 2020 2020/10/2e3667ad0631_1603777964.jpg

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini “Smerç”lə atəşinə tutub.

"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, saat 18:15-də düşmən tərəfindən atılan “Smerç” rayonun Buruc kəndinin ərazisinə düşüb.

Xoşbəxtlikdən həmin vaxt ərazidə heç kəs olmayıb.

Hazırda əraziyə Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları cəlb edilib.




Açar sözlər:

Oxunub: 313