Qondarma rejimin "müdafiə naziri" yaralandı


09:53     27 Oktyabr 2020 2020/10/l-00L3ILIOj1_1603778165.jpg

Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri” Cəlal Arutyunyan işdən çıxarılıb.

Femida.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Qeyd olunub ki, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan bununla əlaqədar “qərar” qəbul edib. Cəlal Arutyunyanın döyüşlərdə ağır yaralanması səbəbindən işdən çıxarıldığı bildirilir.

Məlumata görə, onu Mikael Arzumanyan əvəzləyəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 518