Ermənistan ərazisində sərhəd zastavasının vurulması xəbəri yalandır


12:14     27 Oktyabr 2020 2018/02/Mudafie_Yeni1_1518079052.jpg

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur", - deyə məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 397