Vazgen Manukyan: "Hökumət hakimiyyəti orduya verərək istefaya getməlidir"


15:13     27 Oktyabr 2020 20_10_27_1603797256.jpg


Ermənistanın sabiq baş naziri Vazgen Manukyan müharibədəki məğlubiyyətə görə Ermənistan rəhbərliyini istefa verməyə səsləyib.

V.Manukyan bəyanat yayaraq, Ermənistanın hazırda tarixin ən biabırçı səhifələrini yaşadığını bildirib.

“Təkcə Qarabağın deyil, Ermənistanın və erməniliyin gələcəyi də təhlükə altındadır. Bundan xilas olmaq üçün hökumət bütün hakimiyyəti orduya verərək istefaya getməlidir, özü də bunu könüllü şəkildə etməlidir. Bu, yeganə xilas yoludur”.

Femida.az

Açar sözlər:

Oxunub: 629