Ceyhun Bayramov: "Ermənistan rəhbərləri danışıqları uzatmağa çalışırdı"
17:13 27 Oktyabr 2020
“Əsas məsələ Azərbaycan torpaqlarının işğalına son qoymaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Ermənistan bu torpaqları işğal edib və onları qaytarmaqdan boyun qaçırır. Biz ATƏT-in himayəsində bu münaqişənin həlli üçün 1992-ci ildən, yəni 28 ildir danışıqlar aparırdıq, həmişə də bu formata sadiq olduğumuzu vurğulamışıq”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində deyib.
“Əfsuslar olsun ki, indiyədək Ermənistan tərəfindən konstruktiv yanaşma əlamətləri görməmişik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT və s. təşkilatların sənədlərini rədd edib. Ermənistan danışıqları hər vasitə ilə uzadaraq danışıqlar masasında əvvəl əldə edilmiş razılaşmalardan imtina edib, eyni zamanda münaqişə bölgəsində mütəmadi təxribatlar törədib. Bütün bunlar sonsuza qədər davam edə bilməzdi”, - deyə nazir vurğulayıb.
Ermənistana qarşı hər hansı ərazi iddialarının olmadığını diqqətə çatdıran nazir daha sonra bildirib: “Biz sərhədləri pozmur, onlara qarşı hərbi əməliyyatlar aparmırıq. Azərbaycan silahlı qüvvələri yalnız Azərbaycan ərazisində, ölkəmizin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində fəaliyyət göstərir. Bizim fəaliyyətimiz BMT Nizamnaməsinin özünü müdafiə hüququnu təsbit edən 51-ci maddəsinə, beynəlxalq hüququn başqa təməl norma və prinsiplərinə söykənir.
Bir daha deyirəm, Azərbaycan tərəfinin başlıca məqsədi, amalı BMT TŞ-nin qətnamələrində, ATƏT-in qərarlarında nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının suveren torpaqlarının işğalına son qoymaqdır. Ermənistan rəhbərliyi, doğrudan da, sülh istəyirsə, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlasın”.
Femida.az
Oxunub: 518
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"