Axtarışda olan 11 nəfər saxlanılıb - DİN


18:45     07 Aprel 2015 DİN.jpg


Aprelin 6-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 59 cinayət faktından 22-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulub. 

Femida.az 
 

Açar sözlər:

Oxunub: 820