Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi


20:45     27 Oktyabr 2020 2020/10/1603635994122_3QkEHS2y_1603817201.jpeg

Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, əksinə, oktyabrın 27-də saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub.

Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.

Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.

Açar sözlər:

Oxunub: 498