Türkiyə XİN: Ermənistanın bu dəfə də atəşkəsi pozmasına həmsədr ölkələr yenə səssiz qalır
22:51 27 Oktyabr 2020
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Bərdə rayonuna son hücumları ilə əlaqədar bəyanat yayıb.
Türkiyə XİN-ə istinadla verdiyi məlumata görə, bəyanatda bildirilib ki, Ermənistanın elan edilən atəşkəsə rəğmən Azərbaycanda münaqişə bölgəsindən kənar, mülki əhalinin yaşadığı yerlərə hücum etməsi hümanist və mənəvi dəyərləri tapdalamaqdadır və bu, antiinsani davranışdır:
“Ermənistan silahlı quvvələrinin bu gün axşam saatlarında Bərdəyə hücumu nəticəsində biri uşaq olmaqla 4 nəfər şəhid olub, 14 nəfər yaralanıb. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Bütün Azərbaycan xalqının başı sağ olsun”.
“Ermənistanın insanlıqdan kənar hücumlarını ən ağır şəkildə qınayır, bu məsələdə cavabdeh ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərinə dur deməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.
Bildirilib ki, Türkiyə XİN Minsk Qrupu həmsədrlərinin müdaxiləsi ilə bu günə qədər edilən 3 atəşkəsin hər dəfə də Ermənistan tərəfindən pozulmasına həmsədr ölkələrin səssiz qalmasını səbəbsiz hesab etmir.
Oxunub: 503
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"