“Azərbaycan əsgərləri bizi xilas etdi” - 85 yaşlı erməni qadın


10:10     28 Oktyabr 2020 2020/10/ermen-1603863197_1603865464.jpg


"Müharibə başlayanda erməni əsgərləri bizi atıb getdi. Sağ olsun Azərbaycan əsgərləri bizi xilas edərək Bakıya gətirdilər. Hazırda Bakıda hospitalda müalicə olunuram. Bizə burada yaxşı baxırlar. İnanıram ki, hər iki xalq əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəraitində yaşaya bilərlər".

Azvision.az xəbər verir ki, bunu Hadrutda erməni hərbçilərin atıb getdiyi 85 yaşlı Babayan Yevqeniya Pavlovna deyib.

Xatırladaq ki, Ermənistan hərbçilərinin köməksiz vəziyyətdə qoyub getdikləri Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevqeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviç Azərbaycan əsgərləri tərəfindən xilas edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 516