Ermənistan daha 59 itkisini etiraf etdi


13:39     28 Oktyabr 2020 ermeni_herbci.jpg

Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 59 hərbçisinin adını açıqlayıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1068-ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları döyüşlərə cəlb edir. Onların ölüm statistikası aparılmır.

Femida.az

Açar sözlər:

Oxunub: 379