FHN-in rəhbər heyəti Bərdə rayonundadır


19:31     28 Oktyabr 2020 2020/10/1603898920459_3PLsnRYN_1603899153.jpeg

FHN-in rəhbər heyəti hazırda Bərdə rayonundadır.

Femida.az -ın FHN-in saytına istinadən məlumat verir ki, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Hazırki vəziyyətə görə, nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

Qeyd olunub ki, hadisə ilə bağlı hazırda Fövqəladə Hallar nazirinin müavinləri, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev Bərdə rayonundadırlar.

Nazir müavinləri raket zərbələrinin hədəfinə gəldiyi obyektlərə baxış keçirib, vətəndaşlarla görüşüb, yaralılara baş çəkiblər.

Açar sözlər:

Oxunub: 523