Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə telefonla danışıb


20:25     28 Oktyabr 2020 2018/04/ceyhun-bayramov_1524489746.jpg

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

XİN-dən Femida.aza verilən məlumata görə, C.Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələrinin üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki Azərbaycan əhalisini qəsdən hədəfə aldığını bildirib. Ermənistanın münaqişə zonasından çox uzaqda yerləşən Bərdə şəhərinə raket hücumlarının müharibə və insanlığa qarşı cinayət olduğunu deyib.

Nazir Azərbaycanın dinc əhalisinə qarşı törədilən qəddar hücumlara görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını vurğuladı.

V.Morton, öz növbəsində, mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə etdi və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu söyləyib. O, bölgədəki gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 500