Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub ünvanlayıb
11:36 29 Oktyabr 2020
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Fuat Oktayı və qardaş türk xalqını təbrik edib.
Baş Nazir, həmçinin məktubunda Türkiyənin Vitse-prezidentini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə əlaqədar son hadisələr barədə məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı vəhşiliklərini və hərbi cinayətlərini pislədiyinə, Azərbaycanın haqq işini dəstəklədiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş türk xalqına bir daha dərin təşəkkürünü bildirib.
Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb.
Femida.az
Oxunub: 383
Oxşar xəbərlər
- Əliyevlə Ərdoğan açılışa qatıldı
- Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?
- Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşüb
- Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin siyahısı təsdiqlənib
- Əli Həsənovun bacanağının 36 milyon manatlıq əmlakı müsadirə edilib
- Əli Əsədov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
- Əli Həsənovun oğlunun Vüqar Səfərlinin məhkəməsinə çağırılması ilə bağlı qərar açıqlanıb
- Əli Hüseynli oktyabrın 18-nin qeyri-iş günü elan olunmamasının səbəbini açıqlayıb
- Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
- Əlimərdan bəy Topçubaşovun nəvəsi vəfat edib