MN: Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır


13:07     29 Oktyabr 2020 20_10_29_1603963068.jpg


Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil. Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir", - məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 454